DÇ-2022 üçün daha bir stadion FOTO

Qətərdə təşkil olunacaq DÇ-2022-nin oyunlarının keçiriləcəyi ikinci stadionun açılışı edilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 40 min azarkeş tutumu olan “Əl Vekra” stadionunda DÇ-2022-nin 1/4 final mərhələsinin qarşılaşmaları keçiriləcək.

Stadionun açılış mərasimində braziliyalı Roberto Karlos, hollandiyalı Rud Qullit, kamerunlu Samuel Eto kimi sabiq futbolçular iştirak edib.

DÇ-2022-nin oyunlarının keçiriləcəyi ilk stadion isə “Xalifa”dır. Arenanın açılışı 2017-ci ildə edilib.

Qətərdə təşkil olunacaq DÇ-2022 21 noyabr-18 dekabr tarixlərində keçiriləcək.