“Qələbə üçün xarakter çatmadı”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov Premyer Liqada “Sabah”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Danışılası çox şey yoxdu. Ən zəif oyunumuzu oynadıq. Düzgün nəticə çıxarmalıyıq. Belə oyunla, bir xal qazanmaq sevindirici haldır.
  • Qələbə üçün nə çatmadı?
  • Bir balaca xarakter çatmadı. İkinci dövrə başlayandan yaxşı oyunlarımız olub, ancaq uda bilməmişik. Rəqib 10 nəfərlə qalmışdı, bir az xarakterimiz çatmadı. Çalışacağıq ki, səhvlərimiz üzərində daha çox işləyək.

Şahin Cəfərov