“Qəbələ”nin yeni mövsüm üçün formaları – FOTO

“Qəbələ” 2022/2023 mövsümü üçün yeni formalarını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstləri ənənəvi olaraq qırmızı və ağ rəngdə hazırlanıb.

Qəbələ təmsilçisi adətən ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.

“Qəbələ” yeni mövsümdə Azərbaycanın UEFA Konfrans Liqasında təmsil edəcək. “Qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də evdə, cavab matçı isə bir həftə sonra səfərdə olacaq.

Bizi Telegramda izləyin