“Qəbələ”nin UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlandı

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəqibi avqustun 31-də, İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bilinəcək.

Qəbələ təmsilçisi ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab matçını isə oktyabrın 20-də keçirəcək.

Çempionlar yolu:

“Deportivo La Korunya” (İspaniya), “Köln” (Almaniya), “Empoli” (İtaliya), “Anje” (Fransa), “Benfika”(Portuqaliya), “Genk” (Belçika), “Şaxtyor” (Donetsk, Ukrayna), AZ Alkmaar (Niderland), “Trabzonspor” (Türkiyə), “Zalsburq” (Avstriya) , “Midtülland” (Danimarka), “Reyncers” (Şotlandiya), “Sparta” (Praqa, Çexiya), APOEL (Kipr), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), “Srvena Zvezda” (Serbiya), Hayduk” (Xorvatiya), “Hammarbü” (İsveç) “Rusenborq” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Minsk” (Belarus), “Qəbələ” (Azərbaycan), “Septemvri” (Sofiya, Bolqarıstan), “Merkurya Çuk” (Rumıniya), “Poqon” (Polşa), “Jilina” (Slovakiya), “Domjale” (Sloveniya), MTK (Budapeşt, Macarıstan), “Jalgiris” (Litva), “Akademiya-04” (Ermənistan).

2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.