“Qəbələ”nin Türkiyədəki 2-ci rəqibi bəlli oldu

Növbəti mövsümə Türkiyədə hazırlaşan “Qəbələ”nin qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Komanda.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək.

Bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb. Sözügedən rəqiblə oyun iyulun 11-də baş tutacaq.

Qeyd edək ki, “Qəbələ” Bolu toplanışının 4-cü günündə – bu gün Ukraynanın digər təmsilçisi “Mariupol”la qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.