“Qəbələ”nin sabiq futbolçusu Vitali Vernidub “Zarya” klubuyla yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
2015-2018-ci illər aralığında “Qəbələ”nin formasını geyinən Vernidub, 2018-ci ilin yayında “Zarya”ya keçib.