“Qəbələ”nin sabiq üzvü karyerasını bitirdi

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Qay karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 36 yaşlı yarımmüdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb.

Karyerası ərzində “Şaxtyor” (Donetsk), “Çernomorets”, “Kuban” kimi klublarda çıxış edən Qay, 2015/16 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub.

29 dəfə də Ukrayna millisinin formasını geyinən Qayın son iş yeri “Olimpik” (Donetsk) olub.