“Qəbələ”nin sabiq futbolçusu baş məşqçi oldu – 34 yaşında

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov baş məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, 34 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” komandasını çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Antonov bundan əvvəl “Çernomorets”də baş məşqçi Sergey Kovaletsin köməkçisi idi. Baş məşqçi postundan göndərilən Kovaltsın yerinə Antonov bu vəzifəni icarə edəcək.

“Çernomorets” Ukrayna 2-ci liqasında 3-cü sıradadır.

Antonov 2015-2016-cı illərdə “Qəbələ”də çıxış edib.