“Qəbələ”nin rəqibindən darmadağın

“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, sözügedən komanda “Dunayvaroş”la üz-üzə gəlib. “Fehervar” bu oyundan 5:0 hesablı qələbə ilə ayrılıb.

Macarıstan təmsilçisi iyulun əvvəlinə kimi doğma meydanda hazırlıq keçəcək. Gələn ayın 3-də isə komanda Avstriyaya təlim-məşq toplanışına yollanacaq. “Qəbələ”nin rəqibi burada 3 yoxlama oyunu keçirəcək. Sözügedən kollektiv iyulun 6-da Türkiyənin “Fənərbaxça, 13-də isə “Qalatasaray” klubu ilə qarşılaşacaq. İyulun 10-da isə bu komandanı “Neftçi”nin Avropa Konfrans Liqasındakı rəqibi – Kiprin “Aris” (Limassol) klubu ilə görüş gözləyir.

“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə ayın 28-də Qəbələdə keçiriləcək.