“Qəbələ”nin futbolçusu Küveyt klubunda – Rəsmi

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Əl Salmiyə” klubuna transfer olunub. Bu barədə Yüksək Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kamalla imzalanan müqavilənin detalları açıqlanmayıb. Yarımmüdafiəçi yeni klubunda 18 nömrəli forma geyinəcək.

Kamal bu yay “Qəbələ” ilə 1 illik müqavilə imzalamışdı.