“Qəbələ”nin futbolçusu: “Hələ heç nə bitməyib”

“Qəbələ” klubunun futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasının 26-cı turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra “instaqram” hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu, matçdan sonra yaşadıqları qol sevincinin videosunu paylaşaraq yazıb:

“Böyük qələbədir. Lakin hələ heç nə bitməyib”.

Bu qələbə ilə “Qəbələ” turnir cədvəlində yenidən 4-cü pilləyə yüksəlib. “Qırmızı-qaralar” avrokuboklara vəsiqə verən yer uğrunda mübarizə aparır.