“Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin bu turnirdəki ilk rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq. Tiflis təmsilçisi 1-ci təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb. İlk oyunda 6:0 hesablı qələbəyə sevinən sözügedən komanda cavab matçında da 1:0 üstün olub.

“Qəbələ” “Dinamo”ya qarşı ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” 2015/16-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan “qırmızı qaralar evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.