“Qəbələ”dən ayrılan futbolçu Ukrayna klubunda

Mövsümün sonunda “Qəbələ” ilə yollarını ayıran Dmitri Bezotosnının yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, ukraynalı qolkiper, yenidən keçmiş komandası “Çernomorets”in şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

2011-2015-ci illərdə Ukrayna klubunda çıxış edən 36 yaşlı futbolçu, 2015-ci ildə “Qəbələ”yə transfer olunmuşdu.