“Qəbələ”dən 6-cı “qol yağışı”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”i qəbul edən “Qəbələ” 5:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu, cari mövsümün startında ən böyükhesablı qələbədir.

“Qırmızı-qaralar” isə tarixində 6-cı dəfə Premyer Liqa görüşündə beş top və ya daha böyük fərqlə qalib gəlib.

Sonuncu belə “qol yağışı” 2019/20 mövsümünə təsadüf edib. 560 gün əvvəl “Qəbələ” “Sumqayıt”la ev qarşılaşmasında 5 cavabsız qol vurub.

Ümumiyyətlə, ən azı 5 top fərqinin qeydə alındığı 6 qələbədən üçü evdə, üçü səfərdə gerçəkləşib.

“Qəbələ”nin Premyer Liqada 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:

11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) – Qəbələ – 0:6

04.10.2015. Premyer Liqa. Qəbələ – Xəzər Lənkəran – 6:0

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) – Qəbələ – 0:8

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) – Qəbələ – 1:6

07.03.2020. Premyer Liqa. Qəbələ – Sumqayıt – 5:0

18.09.2021. Premyer Liqa. Qəbələ – Səbail – 5:0