“Neftçi” Qəbələdə 1, Bakıda 2 yoxlama oyunu keçirəcək

Qəbələdə təlim-məşq toplanışında olan “Neftçi” klubu 3 yoxlama oyunu keçirəcək.

Bu barədə “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədov Komanda.az saytına açıqlamasında deyib. Məmmədov, “Sabah”, “Zirə” və “Qəbələ” ilə yoxlama oyunu keçirəcəklərini bildirib.

“Neftçi” avqustun 4-də Qəbələdə “Sabah”la qarşılaşacaq. Paytaxt klubunun digər iki yoxlama görüşü Bakıda keçiriləcək. “Neftçi” avqustun 8-də “Zirə”, 14-də isə “Qəbələ” ilə qarşılaşacaq.