Azərbaycan millisindən Qırğızıstanla növbəti heç-heçə

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli hazırlıq çərçivəsində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələdə keçirilən oyunda qapılara qol vurulmayıb.

Bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Yoxlama oyunu

11 oktyabr

Azərbaycan U-17 – Qırğızıstan U-17 0:0