“Qəbələ” və “Sumqayıt”dan orduya dəstək FOTO

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edir.

Komanda.az xəbər verir ki, hər iki kollektivin üzvləri meydana xüsusi forma və pankartla çıxıblar. Pankartın üzərində “Ordumuzun yanındayıq! İrəli, Azərbaycan əsgəri!” şüarı yazılıb.