“Qəbələ” bu dəfə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınaq oyununa çıxıb. Komanda bu dəfə Ukraynanın digər təmsilçisi “Vorskla” ilə görüşüb. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri, Poltava klubu ilə matçdan məğlub ayrılıblar – 1:3.

Yoxlama oyunu

11 iyul

12:00 Qəbələ – Vorskla 1:3

Qol: Ülvi İsgəndərov, 41.

Bolu. “Koru” otelinin meydançası

Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

.