“Sabah” “Qəbələ”yə də qalib gəldi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”la “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, bu komandalar arasındakı görüş “Bank Respublika Arena”da baş tutut.

Qarşılaşma paytaxt təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Bu, “Sabah”ın yay təlim-məşq toplanışı dönəmində ardıcıl dördüncü qələbəsidi. Sözügedən komanda Qəbələdəki toplanış çərçivəsində “Qarabağ”ı (2:1), “Sumqayıt”ı (1:0), “Neftçi”ni (5:2) məğlub etmişdi. “Qəbələ” isə “Zirə” ilə heç-heçə (0:0) edib, “Səbail”ə uduzub (1:2), “Sumqayıt”a qalib (2:1) gəlmişdi.

Yoxlama matçı

10 avqust

Sabah – Qəbələ 2:0
Qol
: Abbas Ağazadə, 41. Məhəmməd Mirzəbəyov, 66.
Masazır. “Bank Respublika Arena”.