“Qəbələ” “Qarabağ”a dəstək oldu – FOTO

“Qəbələ” İdman Klubu bu gün Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə oyuna çıxacaq “Qarabağ”a dəstək verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı şəkildə Azərbaycanın xəritəsi yer alıb və orada işğal altındakı ərazilərimizə “Qarabağ” komandasının loqosu yerləşdirilib.

“Bütün cəbhələrdə qalib gələcəyimizə inanırıq” – deyə paşlaşımda bildirilib.

Xatırladaq ki, “Legiya” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.