“Qəbələ” ilk kubokunun təqdimatını edəcək

“Qəbələ” Azərbaycan kubokunun doğma şəhərində təqdimatını edəcək.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mayın 19-da Naxçıvanda qazanılan mükafat Qəbələyə əlamətdar gündə aparılacaq.

Klubun əldə etdiyi ilk kubok 28 may – Respublika günündə azarkeşlərə təqdim olunacaq. Bununla əlaqədar Qəbələ şəhər stadionunda bayram tədbiri təşkil ediləcək. Tədbir saat 19:00-da başlanacaq.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan kubokunun finalında “Sumqayıt”a qalib gəlib – 1:0.