“Qəbələ” ilə “Neftçi”nin 54-cü oyunu

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, milli komandaların qarşılaşmalarından sonra baş tutacaq turda “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionundakı matç iki rəqib arasında 54-cü qarşılaşma olacaq. İndiyədək komandalar 53 dəfə üz-üzə gəlib. “Qəbələ” ilk dəfə 2006/07 mövsümündə qarşılaşdığı rəqib üzərində 17 qələbə qazanıb. “Qırmızı-qaralar” 13 dəfə heç-heçə edib və 23 məğlubiyyət alıb. Bu oyunlarda 66 qol vuran əyalət futbolçuları 74 top buraxıb.

Premyer Liqada 49-cu dəfə üz-üzə gələcək komandalar 48 oyunda qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 22 dəfə uduzub. Bu görüşlərdə 59 qola imza atan “Qəbələ” 68 top buraxıb.

“Qəbələ” “Neftçi” ilə 27-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 26 matçda əyalət təmsilçisi 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 13 dəfə uduzub. Bu matçlarda 70 qol vurulub. Meydan sahibləri 34, qonaqlar 36 qol vurub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 10-cu turunun noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 14:00-da start veriləcək.