“Qəbələ” günü bir məşqlə başa vurdu

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Komanda.az xəbər klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 11-ci gününü başa vurub.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Meydançada baş tutan məşq əsasən toplu çalışmalardan ibarət olub.