6 günlük səfər başa çatdı FOTOLAR

“Qəbələ” Futbol Akademiyasının rəhbərliyi və bir neçə məşqçisinin Hollandiyanın “Feyenoord” klubunun bazasına 6 günlük səfəri başa çatıb.

Komanda.az xəbər verir ki, səfər zamanı “Feyenoord”un əsas komandasının bazası, məşqi və “Den Haq”a qarşı çempionat oyunu izlənilib. “Qəbələ”nin üzvləri “Feyenoord”un düşərgəsində Vim Yansen, Pyer van Hoydonk, Roy Makay, Yap Stam, Dirk Kuyt, Robin van Persi kimi keçmiş futbolçularla görüşlər keçirib.

Hollandiyaya səfər edən Qəbələ təmsilçisinin nümayəndələri arasında klub rəsmilərindən Səbuhi Qarayev, Nail Kərimov və məşqçilərdən Halim Fıçıcı da yer alıb.