“Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etmək istəyən “Qəbələ” və “Səbail” klubları yoxlama oyunu keçirməyə qərar veriblər.

Komanda.az xəbər verir ki, elita təmsilçiləri sabah bir-biri ilə üz-üzə gələcək.

Qarşılaşma “Asco Arena”da baş tutacaq. Matça saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “Qəbələ” ilə “Səbail” Premyer Liqadakı fasilə ərəfəsində məhz bir-biri ilə qarşılaşıb. 11-ci tur çərçivəsində Qəbələdə baş tutan oyunda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinmişdilər.