“Qrizmann “Barselona”ya gəlsə…” – Puyol

İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Karles Puyol PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı sabiq futbolçu, Kataloniya klubuna qayıdacağı deyilən Neymarla bağlı bunları deyib:

“Bütün futbolçular bir qərar verərkən, ən yaxşı seçimi etdiklərini düşünürlər. Neymar da bu cür düşünüb, PSJ-yə getdi. Amma keçmişi deyil, hazırkı anı yaşamaq məcburiyyətindəsiz. İndi futbolda belə bir futbolçu var, bir neçə il əvvəli düşünmək lazımsızdır.

Neymar oyunda fərq yarada bilən möhtəşəm futbolçudur. Keçən iki il ərzində yaşadığı zədələr ucbatından ən yaxşı oyununu göstərə bilmədi, amma “Barselona”ya qayıdacağı halda komandaya çox fayda verəcəyini düşünürəm”.

Puyol, “Barselona”ya keçidi gündəmdə olan Antuan Qrizmannla bağlı da açıqlama verib:

“Keçmişdə bəzi sıxıntılar olub, amma Qrizmann “Barselona”ya gəlsə, azarkeşlər ona dəstək verəcəklər”.