Püşk atıldı: Azərbaycan millisinin rəqibləri məlum oldu

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində bu gün keçirilmiş püşkatmada Azərbaycan millisinin də rəqibləri məlum olub. Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Hollandiya, Xorvatiya, Macarıstan, Rumıniya və Estoniya komandalar ilə birgə C qrupunda yer alıb.

Qrupun görüşləri Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Avropa çempionatının oyunları isə 23 avqust-8 sentyabrda Türkiyə (Ankara), Polşa (Lodz), Macarıstan (Budapeşt) və Slovakiyada (Bratislava) təşkil olunacaq. Reqlamentə görə, qrupda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

A qrupu (Ankara): Türkiyə, Serbiya, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan

B qrupu (Lodz): Polşa, İtaliya, Belçika, Ukrayna, Portuqaliya, Sloveniya

C qrupu (Budapeşt): Macarıstan, Hollandiya, Xorvatiya, Azərbaycan, Rumıniya, Estoniya

D qrupu (Bratislava): Slovakiya, Rusiya, Almaniya, Belarus, İspaniya, İsveçrə

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button