“Pul mənim problemim deyil, amma…” – Lempard

İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsi çərçivəsində “Hall Siti”yə 2:1 hesabıyla qalib gələn “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, “zadəganların” hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Oyuna nəzarət bizdə idi, amma özümüzə proeblemlər yaradırdıq. Buna görə də, oyunun sonları daha aqressiv alındı.

“Çelsi” yayda cəzalandı və bu, bizim üçün ağır oldu. Yayda klub tarixinin ən yaxşı futbolçularından biri olan Eden Hazardı itirdik. Hazırda vəziyyət budur. Vəzifəm hər gün məşqlərdə çalışmaq, futbolçuları inkişaf etdirməkdir. Hazırda irəliləmək üçün transferlərə ehtiyacımız var. Pul mənim problemim deyil, amma dürüst və açıq olmalıyam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button