Luis Suaresin yerinə holland hücumçu?

PSV-nin futbolçusu Donyell Malen Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçuyla İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” klubları yaxından maraqlanır.

Bu mövsüm 9 oyuna 10 qol vuran Malenin transfer dəyəri 60 milyon avro müəyyənləşdirilib. Hollandiya millisinin də formasını geyinən hücumçu, 2015-2017-ci illər aralığında “Arsenal”ın gənc komandasında çıxış edib.

“Barselona”nın Maleni Luis Suaresə əvəzləyici kimi gördüyü bildirilir.

2017-ci ildən PSV-də forma geyinən Malenin Hollandiya təmsilçisi ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button