PSV “Milan”ın futbolçusu ilə gücləndi

Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub “Milan”ın və İsveçrə yığmasının müdafiəçisi Rikardo Rodriqesi heyətinə qatıb.

Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, bu komandada 68 nömrəli formanı geyinəcək.

“Milan”a 2017-ci ildə Almaniyanın “Volfsburq” klubundan transfer olunan Rikardo, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxıb. İsveçrə yığmasında 71 oyun keçirmiş futbolçu “Sürix”in yetirməsidi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button