PSV-dən 10 milyon avroluq transfer

Hollandiyanın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub almaniyalı müdafiəçi Timo Baumqartlı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Ştutqart”ın yetirməsi olan futbolçu, 2013-cü ildən bu klubun uğurları üçün çalışırdı. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Baumqartl əsas millidə debüt şansı qazanmayıb.

PSV bu transferə görə Almaniya klubuna 10 milyon avro təzminat ödəyib. Baumqartl yeni komandasında 5 nömrəli formanı geyinəcək.