PSJ yeni baş məşqçisini rəsmən açıqladı

Maurisio Poçettinonu istefaya göndərən PSJ yeni baş məşqçisini açıqlayıb. 

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanı bundan sonra Kristof Qalte çalışdıracaq. 55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl tərəflərin 2+1 illik sözləşməyə qol çəkəcəyi bildirilirdi. 

Qalte daha əvvəl Fransada “Sent-Etyen”, “Lill” və “Nitsa” kimi komandaları çalışdırıb. 

Bizi Telegramda izləyin 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button