PSJ yenə məğlub oldu

Futbol üzrə Fransa çempionatında 28-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında lider PSJ səfərdə “Nant”la qarşılaşıb. Cəmi 3 gün əvvəl səfərdə “Lill”ə böyük hesabla 1:5 uduzan parislilər bu dəfə də oxşar aqibətlə üzləşiblər. Paytaxt təmsilçisi beş qolun qeydə alındığı bu görüşdən məğlubiyyətlə ayrılıb.

Fransa Liqa 1, 28-ci turun oyunu

17 aprel

Nant – PSJ 3:2
Qol
: D.Karlos, 22. Varis, 44. D.Alves, 52-öz qapısına – D.Alves, 19. M.Güclü, 89.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button