PSJ-yə sponsorundan zərbə

Fransanın PSJ klubunun əsas sponsorlarından olan “Accor” şirkəti yeni qərar verməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, şirkət klubun maddi öhdəliklərini tam yerinə yetirməkdən imtina edə bilər. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, şirkət koronavirus pandemiyası səbəbiylə dayandırılan mövsüm davam etdirilməsə, maliyyə şərtlərinə tam əməl etməyəcək. Şirkət rəsmisi Sebatian Bazin məsələylə bağlı bunları deyib:

“Mövsümün bərpa edilməsi vacibdir. Markaya maraq yoxdursa, sponsorlar pul verə bilməz. Mövsüm davam etdirilməsə, PSJ nəzərdə tutulan tam məbləği ala bilməyəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button