“PSJ və “Mançester Siti” mənimlə maraqlandı, amma…” – Kulibali

Son zamanlar adı İngiltərə klubları ilə yanaşı çəkilən “Napoli”nin müdafiəçisi Xalidu Kulibali açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, karyerası ilə bağlı danışan seneqallı futbolçu, Neapol klubunda qalacağını bildirib:

“PSJ və “Mançester Siti” mənimlə maraqlandı, amma mən “Napoli”ni sevirəm. Neapollular da məni sevir və mənim üçün vacibi budur. Klubla üç illik müqaviləm var və burdayam. Öz səviyyəmdə çıxış edərək komandama fayda vermək istəyirəm. Gələcəkdə nə olacağını görəcəyik”.

Kulibalinin “Napoli” ilə müqaviləsi 2023-cü ildə başa çatır. Onunla “Liverpul”un da maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button