Neymarın cəzası məlum oldu

Fransa Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən PSJ – “Marsel” oyunu (0:1) ilə bağlı qərarlar verilib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin qırmızı vərəqə alan futbolçuları Neymar və Leandro Parades 2 oyunluq cəzalandırılıb. Paris klubunun müdafiəçisi Layvin Kurzava isə insidenti başlatdığı üçün 6 oyunluq cəzalandırılıb. Onunla mübahisə edən “Marsel”in futbolçusu Cordan Amavi isə 3 oyun meydana çıxa bilməyəcək. “Marsel”in digər futbolçusu Dario Benedetto isə 1 oyunluq cəzalandırılıb.

“Marsel”in futbolçusu Alvaro Qonzaleslə bağlı araşdırma başladılıb. Onun Neymara qarşı irqçilik etdiyi iddia edilir.