“PSJ ulduz futbolçuları satan yox, əksinə, onları alan klubdur”

PSJ-nin futbolçusu Ander Herrera komanda yoldaşları Edinson Kavani, Kilian Mbappe və Neymarla bağlı açıqlama verib.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi, Kavaninin mümkün ayrılığı, həmçinin Mbappe və Neymarın satılacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

“Kavaninin İspaniyada oynamaq istədiyini bilirəm, çünki o La Liqanı və ölkəni sevir. Bununla bağlı məndən çox şey soruşur, amma Parisdən ayrılandan bəri onunla danışmaq şansım olmayıb, vəziyyətin nə yerdə olduğunu bilmirəm.

Həm Neymar, həm də Mbappe bu layihə üçün vacib futbolçulardır və onların burda xoşbəxt olduğunu görə bilirəm. Mətbuatda, sosial şəbəkələrdə onlarla bağlı bir çox xəbərin yazıldığını bilirəm, amma bunu başa düşə bilmirəm. PSJ ulduz futbolçuları satan yox, əksinə, onları alan klubdur. Klub hər iki futbolçunu saxlayacaq iqtisadi şərtlərə sahibdir”.