PSJ Rabiotun əvəzləyicisini İngiltərədə tapdı

“Mançester Yunayted”in futbolçusu Ander Herrera karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiylə PSJ klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Xəbərdə, PSJ-nin ispan futbolçunu Adrien Rabiota əvəzləyici düşündüyü bildirilib. “Mançester Yunayted”lə mövsümün sonuna qədər müqaviləsi olan Herrera, Paris təmsilçisinə azad agent kimi keçə bilər.

2014-cü ildə “Atletik”dən 36 milyon avroya transfer edilən Herrera, bu mövsüm 25 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button