PSJ-də meydana çıxan zədələnir

Fransa Liqa 1-in 3-cü turu çərçivəsində “Tuluza”ya 4:0 hesabı ilə qalib gələn PSJ ciddi itkilərlə üzləşib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, transfer danışıqları səbəbiylə Neymarın xidmətindən istifadə edə bilməyən Paris təmsilçisi, digər hücumçusundan da məhrum olub. Komandanın 20 yaşlı hücumçusu Kilian Mbappe görüşün 66-cı dəqiqəsində əvəzlənərək, meydanı erkən tərk edib. Bundan başqa, Edinson Kavani də bu matçda zədə səbəbiylə əvəzlənib. Eyni zamanda, Abdu Diallonun da zədəli olduğu bildirilir.

Futbolçuların son vəziyyətləri məlum olmasa da, Mbappenin baldır nahiyəsindən zədələndiyi bildirilir.

PSJ Liqa 1-də keçirdiyi 3 turdan sonra 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button