PSJ xal itirdi, “Lion” uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Lider PSJ doğma meydanda əsas izləyicilərindən biri olan “Nitsa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb. İkinci pillədə qərarlaşmış “Renn” isə son çempion “Lill” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Lion “Olimpik”i Reymsi qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib. “Marsel” isə səfərdə “Nant”la oyundan minimal hesabla qalib ayrılıb.

Fransa, Liqa 1, 16-cı tur

1 dekabr

Anje – Monako 1:3
Qol
: Nubel, 55-öz qapısına – Boadu, 25. Diop, 45. Disasi, 73.

Brest – Sent Etyenn 1:0
Qol
: Fevr, 64-pen.

Mets – Monpelye 1:3
Qol
: De Preville, 70 – Savanye, 36. Mavididi, 45+1. Vahi, 48.

Strasburq – Bordo 5:2
Qol
: Tomasson, 22. Qameyro, 43. Ayorke, 45+1; 65. Linard, 48 – Huanq, 7. Elis, 57.

Trua – Loryan 2:0
Qol
: Ripar, 7. Kuame, 34.

Klermon – Lans 2:2
Qol
: Maqnin, 41. Bayo, 65 – Qastyen, 12-öz qapısına. Fofana, 47.

Lion – Reyms 1:2
Qol
: Ekambi, 66 – Faes, 56. Ekitike, 90+2.

Nant – Marsel 0:1
Qol
: Jerson, 30.

PSJ – Nitsa 0:0

Renn – Lill 1:2
Qol
: Burijo, 85 – Şeka, 31. Sançes, 45.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button