Lider xal itirdi, PSJ darmadağına sevindi

Bu gün Fransa Liqa 1-də 4-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Lion” doğma meydanda “Nim”i qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

“Lans” doğma meydanda qarşılaşdığı “Bordo”nu məğlub yola salıb. “Monako” isə “Renn”lə münasibətlərinə aydınlıq gətirib. Knyazlıq təmsilçisi bu oyundan məğlub ayrılıb.

Mövsümə uğursuz start verən son çempion PSJ bu dəfə səfərdə “Nitsa”nın qonağı olub və darmadağına sevinib. İtkisiz irəliləyən “Sent-Etyen” isə bu dəfə “Nant”la səfər oyunundan heç-heçə ilə ayrılıb.

Fransa Liqa 1, 4-cü tur

18 sentyabr

Lion – Nim 0:0

19 sentyabr

Lans – Bordo 2:1
Qol
: Qanaqo, 47. Kakuta, 59-pen – Kalu, 90+5.

Renn – Monako 2:1
Qol
: Nzonzi, 81. Truffert, 90+1 – Ben Yedder, 28.

20 sentyabr

Nitsa – PSJ 0:3
Qol
: Mbappe, 38-pen. Di Mariya, 45+1. Markinyos, 66.

Brest – Loryan 3:2
Qol
: Perro, 30. Munye, 32. Honorat, 62 – Herelle, 34-öz qapısına. Monkonduit, 90+1.

Mets – Reyms 2:1
Qol
: Niane, 18; 88 – Dia, 43-pen.

Monpelye – Anje 4:1
Qol
: Suke, 18. Delor, 43; 60. Molle, 86 – Bahoken, 25.

Strasburq – Dijon 1:0
Qol
: Mitroviç, 80.

Nant – Sent-Etyen 2:2
Qol
: Simon, 71. Emond, 85 – Auşiş, 2. Maçon, 66.

Marsel – Lill 1:1
Qol
: Jerman, 85 – L.Arauxo, 47.

Bombardir: Memfis Depay (Lion) – 4 qol.