Serxio Ramos “Real”a qol vursa…

PSJ-nin yeni transferi Serxio Ramos açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi, komanda yoldaşı Kilian Mbappenin yeni mövsümdə də PSJ-də qalmalı olduğunu deyib:

“Bütün möhtəşəm futbolçular “Real”a getməlidir, ancaq Mbappe indi PSJ-də qalmalıdır. Çünki ən yaxşılarla birlikdə oynamaq istəyirəm. Bir vaxtdan sonra qərarları özün verirsən. İndi onun nə düşündüyünü bilmirəm, lakin fərq yarada bilən gənc futbolçu və yaxşı komanda yoldaşıdır.

“Real”a qol vursam, heç vaxt sevinmərəm. “Real” qəlbimdəki klubdur, hörmətə layiqdir. Bu komandaya qarşı nə qol, nə də qələbə sevincini qeyd edərəm.

“Real”da möhtəşəm illər keçirdim. Hər şey gözəl idi. Evindən ayrılmaq çətindir, amma indi möhtəşəm komandaya gəlmişəm. Xoşbəxtəm və qazanmağa davam etmək istəyirəm”.

Ramos PSJ ilə iki illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button