Poçettino çətin seçim qarşısında

PSJ-nin yeni transferi Canluici Donnarumma Paris klubunda xoşbəxt deyil.

Komanda.az xəbər verir ki, italyan qapıçı oyun praktikasının azlığından şikayətçidir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Donnarumma bu mövsüm PSJ ilə cəmi iki matçda – “Klermon” və “Lion”a qarşı keçirilən oyunlarda şans qazanıb. Komandanın baş məşqçisi Maurisio Poçettino digər qapıçı Keylor Navasa daha çox şans verir. Argentinalı mütəxəssis məsələ ilə bağlı bunları deyib:

“Hər iki qapıçı çox yaxşıdır. Məşqlərdə də özlərini yaxşı tərəfdən göstərirlər. İkisi arasında seçim etmək çox çətindir. Navas və Donnarumma hər oyunda meydana çıxmağa hazırdırlar”.

Donnarumma bu yay PSJ-yə azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button