“İlk oyun hər zaman emosional alınır” – Donnarumma

PSJ-nin yeni transferi Canluici Donnarumma Paris klubunda debüt edib.

Komanda.az xəbər verir ki, italyan qapıçı Liqa 1-in 5-ci turunda “Klermon”a qarşı keçirilən oyunda meydana çıxıb. Donnarumma debütü ilə bağlı PSJ-nin rəsmi saytına fikirlərini bildirib:

“İlk oyun hər zaman emosional alınır. Debütüm çox yaxşı alındı. Xüsusilə, azarkeşlərimizi qeyd etmək istərdim. İnanılmaz atmosfer yaratmışdılar. Buna görə onlara təşəkkür edirəm”.

PSJ – “Klermon” matçı 4:0 hesabıyla bitib.

Donnarumma bu yay “Milan”dan ayrılaraq PSJ-yə keçib.