Donnarumma PSJ-yə kimin məsləhəti ilə gedib?

PSJ-nin yeni transferi Canluici Donnarumma açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Donnarumma, PSJ-yə keçməzdən əvvəl Canluici Buffonla məsləhətləşdiyini deyib:

“Klub haqda xoş rəylər eşitdim. PSJ-yə keçməzdən əvvəl Buffonla danışdım. O, mənə klubun tarixi, Parisin gözəlliyi haqda məlumat verdi. Onun sözləri buraya gəlməyimdə xüsusi rol oynadı. Xoşbəxtəm və qürur duyuram ki, belə gözəl bir komandadayam. Birlikdə titullar qazanmağa çalışacağıq”.

Donnarumma PSJ ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button