Poçettinonun PSJ-dəki məvacibi bilindi

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun Paris klubundakı məvacibi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Xəbərdə, argentinalı mütəxəssisin ilk mövsümündə 6,3 milyon avro qazanacağı bildirilib.

Poçettinonun məvacibi ildən-ilə artırılacaq. Belə ki, 48 yaşlı mütəxəssis, gələn il 7,5 milyon avro, növbəti il isə 8,04 milyon avro qazanacaq. Poçettino PSJ-nin keçmiş çalışdırıcısı Tomas Tuxeldən ikiqat artıq maaş alacaq.

PSJ Poçettino ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button