PSJ-nin yarımfinaldakı rəqibi bəlli oldu

Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirin əsas favoriti olan PSJ finala vəsiqə uğrunda “Reyms”lə mübarizə aparacaq.

Digər yarımfinal görüşü isə Lion “Olimpik”i ilə “Lill” arasında baş tutacaq.

Yarımfinal qarşılaşmaları 21-22 yanvarda keçiriləcək. Liqa Kubokunun final görüşü isə aprelin 4-də “Stad de Frans”da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button