“Liverpul”un sabiq futbolçusu Litva klubunda

PSJ-nin və “Liverpul”un sabiq futbolçusu David Nqoqun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu “Jalqiris” klubuna keçib. Bu barədə Litva təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransız futbolçuyla müddəti 2021-ci ilin sonuna qədər olan sözləşmə imzalanıb.

PSJ-nin yetirməsi olan Nqoq, 2008-2011-cü illərdə “Liverpul”da çıxış edib. Forvardın son klubu Macarıstan “Honved”i olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button