PSJ-nin sabiq futbolçusu “Qəbələ”də!

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” qış transfer pəncərəsində fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib.

27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Xatırladaq ki, “Qəbələ” bunadək qış transfer pəncərəsində Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button