PSJ səfərdə məğlub oldu

Fransa Liqa 1-də 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. İlk turda “Monako”nu səfərdə məğlub edən “Lion”, bu dəfə doğma azarkeşləri qarşısında “Anje”ni qəbul edib. Qarşılaşmada “Lion” rəqibini 6 cavabsız qolla məğlub edib.

“Monako” “Mets”in qonağı olub. İlk turda “Lion”a 0:3 hesabıyla məğlub olan Knyazlıq təmsilçisi bu dəfə də 3 cavabsız qola üzülüb. “Marsel” isə bu turda “Nant”la qolsuz bərabərə qalıb.

Son çempion PSJ bu turda “Renn” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.

Fransa Liqa 1, 2-ci tur

16 avqust

Lion – Anje 6:0
Qol:
Aouar, 11. Dembele, 36; 65. Depay, 42; 48. Lukas, 72.

17 avqust

Nant – Marsel 0:0

Amyen – Lill 1:0
Qol:
Girassi, 70

Bordo – Monpelye 1:1
Qol:
Maya, 70 – Delor, 22.

Metz – Monako 3:0
Qol:
Diallo, 11-pen; 53. Kohade, 66.

Nim – Nitsa 1:2
Qol:
Ripar, 45+1-pen. – Kiprien, 10. Qanaqo, 16.

Tuluza – Dijon 1:0
Qol:
Makenqo, 54

18 avqust

Sent-Etyen – Brest 1:1
Qol
: Bouanqa, 83 – Faussurye, 45+1.

Reyms – Strasburq 0:0

Renn – PSJ 2:1
Qol
: Nyanq, 44. Del Kastilyo, 48 – Kavani, 36.

Bombardir: Mussa Dembele, Memfis Depay (Lion), Habib Diallo (Mets) – 2 qol.